525.Az

Şri-Lankada kanat yolda qəza - ölənlər var


 

Şri-Lankada kanat yolda qəza - <b style="color:red"> ölənlər var</b>

Şri-Lankadakı "Na Uyanna Aranna" monastırına aparan kanat yolda qəza baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə vaqonda olan 13 rahibdən 7-i həyatını itirib.

Faciə dünən Bakı vaxtı ilə 22.00-da yaşanıb. Müqəddəs məkanda dini ayinlərin icrasından qayıdan rahiblər trosun qırılması üzündən onları daşıyan vaqonda yerə çırpılıblar. 

Həyatını itirənlərin 3-ü Hindistan, Rusiya və Rumıniya vətəndaşıdır. Onların cəsədləri Kuruneqal xəstəxanasının morquna aparılıb.

Qeyd edək ki, digər 6 rahibdın ikisi qəza zamanı vaqondan tullanmaqla canlarını yüngül xəsarətlə qurtarıb. 4 nəfər isə ağır xəsarətlərlə Qokarella xəstəxanasına yerləşdirilib.

L.Tağıyeva

 





25.09.2025    çap et  çap et