525.Az

Şirlər 80-dən çox çamışın ölümünə səbəb oldular


 

Şirlər 80-dən çox çamışın ölümünə <b style="color:red"> səbəb oldular</b>

Namibiyada şir sürüsü 80-dən çox vəhşi çamışın (buyvol) ölümünə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ərtaf mühit, Meşə təsərrüfatı və Turizm Nazirliyi məlumat yayıb.

Hadisə Botsvana ilə sərhəddə baş verib. Şir sürüsü camışları iri yarğanın kənarına sıxışdırıblar. Nəticədə yüzlərlə camış yarğandan Çobe çayına atılıb. Onların ölümünün əsas səbəbi bir-birlərinin üzərinə düşməsidir.

Nazirliyin və hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə təmizlik işləri aparır. Məlumatda ölmüş camışların ətinin yerli sakinlərə paylanacağı da bildirilir.

Qeyd edək ki, bu yerdə bənzər hadisə 2023-cü ildə də baş vermişdi. Həmin vaxt 100-dən çox vəhşi camış məhv olmuşdu.

L.Tağıyeva

 





25.09.2025    çap et  çap et