"İsrail insanlığa qarşı cinayət törədir”.
525.az xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının 80-ci sessiyasında videobağlantı ilə çıxışı zamanı bildirib.
O, Fələstin Dövlətini tanıyan bütün ölkələrə təşəkkür edib.
M.Abbas davamlı sülhün vacibliyini vurğulayıb: “İsrail ədalətsizlik və zülm rejimini saxlamaq istəyir. Fələstin azad edilmədikcə ədalətə nail olmaq mümkün deyil”.
Dövlət başçısı 7 milyon fələstinlinin faciə yaşadığını vurğulayıb: “HƏMAS silahlarını bizə təhvil verməlidir. Böyük bir fəlakət baş verir. 7 milyon fələstinli faciə yaşayır. Vətəndaşlarımız İsrail təcavüzünə məruz qalır. Qəzza Fələstinin ayrılmaz hissəsidir. Bu torpaqların şərqində illərdir zülm davam edir”.
İbrahim Cəfərov
çap et