525.Az

İsrail Yəmənin paytaxtını vurdu


 

İsrail Yəmənin paytaxtını <b style="color:red"> vurdu</b>

İsrail ordusu Yəmənin paytaxtı Sənada bir neçə məntəqəni bombalayıb.

525.az xəbər verir ki, bu barədə Yəmənin “Əl-Məsirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrailin zərbələri husilərin lideri Əbdülməlik əl-Husi canlı yayımda açıqlama verərkən həyata keçirilib.

İsrail ordusunun yaydığı açıqlamada isə husilərə məxsus hərbi mövqeləri hədəf alan genişmiqyaslı hücumun həyata keçirildiyi qeyd olunub.

İbrahim Cəfərov

 





25.09.2025    çap et  çap et