525.Az

Braziliyada məktəb atəşə tutuldu, 2 şagird həlak oldu


 

Braziliyada məktəb atəşə tutuldu, 2 şagird həlak oldu<b style="color:red"></b>

Braziliyanın şimal-şərqində yerləşən Seara ştatında orta məktəbin atəşə tutulması nəticəsində 2 yeniyetmə həlak olub, 3 nəfər yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Sobral şəhərində baş verib.

Ştatın İctimai Təhlükəsizlik və Sosial Müdafiə Departamentindən verilən məlumata görə, naməlum şəxslər məktəbin yanındakı səkidən parklanmada dayanan uşaqlara atəş açıblar. Cinayətkarlar hadisə yerindən yayına biliblər.

Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Atəş açanların kimliyi və hadisənin motivi hələlik bilinmir.

Qeyd edək ki, bənzər hadisə Sobralda 2022-ci ildə də baş verib. O vaxt başqa məktəbin ərazisində yeniyetmənin açdığı atəş nəticəsində 1 məktəbli həlak olmuş, 2 nəfər isə yaralanmışdı.

L.Tağıyeva

 





26.09.2025    çap et  çap et