525.Az

“Çexiya Azərbaycanın etibarlı tərəfdaşıdır" -  Səfir


 

“Çexiya Azərbaycanın etibarlı tərəfdaşıdır" - <b style="color:red"> Səfir</b>

“Çexiya ilə Azərbaycan arasında münasibətlər müsbət istiqamətdə inkişaf etməkdədir”. 

525.az xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek bu ölkənin Dövlətçilik Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.

Diplomat bildirib ki, Azərbaycanın güclü və suveren liderliyə malik olmasını, onun beynəlxalq aləmdə bu cür hərəkət etməsini və bununla da hörmət və rəğbət qazanmasını yüksək qiymətləndirir.

M.Sedlaçek əlavə edib ki, Çexiya Azərbaycanın önəmli və etibarlı tərəfdaşıdır. Bu həmişə, hətta çətin anlarda da belə olub.

Pərvanə Sultanova

 





26.09.2025    çap et  çap et