525.Az

Boko Haram Kamerunda kəndə hücum etdi - 4 nəfər həlak oldu


 

Boko Haram Kamerunda kəndə hücum etdi - <b style="color:red"> 4 nəfər həlak oldu</b>

Boko Haram terror təşkilatının üzvləri Kamerunun Şimal bölgəsindəki Əlqoumri Nadji kəndində dinc sakinlərə hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 4 mülki vətəndaşın ölüb, 2 nəfər isə qaçırılıb.

Hücumun kəndlilərin təhlükəsizlik qüvvələrinə Boko Haram üzvlərinə aid silah anbarına xəbər verməsindən sonra başlandığı iddia edilir.

Hadisədən sonra təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

Xatırladaq ki, 2000-ci illərin əvvəlindən Nigeriyada fəaliyyət göstərən Boko Haram 2009-cu ildən bu yana kütləvi zorakılıqlarda 20 mindən çox insanın ölümünə səbəb olub. 2015-ci ildən bu qruplaşma qonşu Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib.

İsgəndər Həsənov

 





26.09.2025    çap et  çap et