Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İspaniyanın Baş naziri Pedro Sançes arasında telefon danışığı olub.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
İsrailin sülh niyyətinin olmadığını deyən Ərdoğan bildirib ki, “artıq Netanyahunun sülhü sabotaj etməsinin qarşısı alınmalıdır”.
Türkiyə Prezidenti danışıq zamanı Fələstində iki dövlətli həllə nail olmaq üçün bu il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında vacib addımlar atıldığını vurğulayıb.
Ərdoğan əlavə edib ki, Türkiyə İsrailin Qəzzaya hücumlarını dayandırmaq və humanitar yardımın fasiləsiz axınını təmin etmək üçün səylərini davam etdirəcək.
İsgəndər Həsənov
çap et