525.Az

Qəzzada daha bir jurnalist həlak olub


 

Qəzzada daha bir jurnalist həlak olub<b style="color:red"></b>

İsrailin Qəzza zolağına hücumları nəticəsində bir fələstinli jurnalist həlak olub.

525.az xəbər verir ki, Qəzza Hökumətinin Media Ofisindən verilən açıqlamaya görə, İsrail ordusu Deyr əl-Bəlahda çadıra hücum edib. Hücum zamanı Fələstin Media Mərkəzinin əməkdaşı, jurnalist Məhəmməd əl-Daye həlak olub.

Bununla da 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin hücumlarında həyatını itirən jurnalistlərin sayı 252-yə çatıb.

İsgəndər Həsənov

 





28.09.2025    çap et  çap et