525.Az

“Putinin G-7 liderlərinin növbəti toplantısına dəvət almaq şansı yoxdur”


 

“Putinin G-7 liderlərinin növbəti toplantısına dəvət almaq şansı yoxdur”<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putinin G-7 liderlərinin növbəti toplantısına dəvət almaq şansı yoxdur.
 
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə bu ilin iyun ayında G-7 sammitinə ev sahibliyi edəcək Almaniya kansleri Angela Merkel bildirib.
 
“G-7 və keçmiş G-8 özünü həmişə dəyərlərə əsaslanan birlik kimi nümayiş etdirib. Krımın ilhaq olunması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Ukraynanın şərqində baş verənlər ümumi dəyərlərə xələl gətirir”, – deyə Merkel qeyd edib.
 
O əlavə edib ki, Rusiyaya qarşı sanksiyalara yenidən baxılmayacaq.
 





16.01.2015    çap et  çap et