525.Az

"Putin Moskvada Trampla görüşməyə hazırdır" - Kreml


 

"Putin Moskvada Trampla görüşməyə hazırdır" - <b style="color:red"> Kreml</b>

Rusiya prezidenti Vladimir Putinin paytaxt Moskvada ABŞ lideri Donald Trampla görüşməyə hazırdır.

525.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. 

O, Putinin Trampı Alyaska sammitində Moskvaya dəvət etdiyini xatırladıb. 

“Putin Trampla görüşə hazırdır və xoşbəxtdir. Hər şey Trampın qərarından asılıdır”, - Peskov deyib.

Bundan əlavə, Rusiyanın İngiltərə və Fransanın nüvə arsenalını nəzərə alması tələbinin doğru olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov bu məsələnin aktual olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





29.09.2025    çap et  çap et