525.Az

ABŞ-də gecə klubunda atışma - 3 ölü, 8 yaralı


 

ABŞ-də gecə klubunda atışma -<b style="color:red"> 3 ölü, 8 yaralı</b>

ABŞ-nin Şimali Karolina ştatında gecə klubunda atışma baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sautport şəhərində yerləşən gecə klubunda baş verən atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Hüquq-mühafizə orqanları bildirib ki, bir şəxs qayıqla kluba yaxınlaşaraq atəş açıb.

Sautport Bələdiyyəsinin mətbuat katibi Çian Ketçum hücumla bağlı bir nəfərin saxlanıldığını, hazırda həmin şəxsin sorğu-sual edildiyini bildirib.

Məhəmməd Tağıyev

 





29.09.2025    çap et  çap et