525.Az

Almaniya iki “Patriot”u Ukraynaya təhvil verəcəyi tarixi açıqlayıb 


 

Almaniya iki “Patriot”u Ukraynaya təhvil verəcəyi <b style="color:red"> tarixi açıqlayıb </b>

“Almaniya Ukraynaya daha iki müasir "Patriot" hava hücumundan müdafiə sistemini təhvil verməyə hazırlaşır. Onların çatdırılması 2025-ci ilin sonuna planlaşdırılır”.

525.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Nazir xatırladıb ki, Rusiya bu yaxınlarda Ukrayna ərazisinə 580-dən çox pilotsuz uçuş aparatı və 40-dan çox raketlə kütləvi hücum edib: 

“Bu, Ukraynanın hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsinin zəruriliyini təsdiqləyir. Biz məhz bununla məşğuluq”.
Nazir bildirib ki, Berlin artıq üç “Patriot” sistemini Kiyevə çatdırıb: “Bu ilin sonuna kimi norveçli tərəfdaşlarımızın dəstəyi ilə daha iki müasir “Patriot” sistemini təhvil verəcəyik”.

Pərvanə Sultanova

 





29.09.2025    çap et  çap et