525.Az

İsrailin Trampın Qəzza planına etdiyi düzəlişlər onun icrasına xələl gətirir


 

İsrailin Trampın Qəzza planına etdiyi düzəlişlər onun icrasına <b style="color:red"> xələl gətirir</b>

İsraildən olan müzakirəçilər son saatlarda ABŞ prezidenti Donald Trampın Qəzza sülh planının icrasına xələl gətirən düzəlişlər ediblər.

525.az xəbər verir ki, bu barədə “Al Araby Al Jadeed” nəşri mənbələrə istinadən  məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar zamanı [Amerika və İsrail tərəfləri arasında] israilli girovların azad edilməsi və Qəzza zolağına humanitar yardımın çatdırılması istisna olmaqla, planın həyata keçirilməsi mexanizmləri ilə bağlı tərtibatlar qeyri-müəyyən olub.

Mənbələr bildiriblər ki, son bir neçə saatda baş verənlər planın pozulmasını deməyə əsas verir. İsrailin dəyişiklikləri Trampın ilkin variantında təklif etdiyi 21 bəndin razılaşdırılmasını, xüsusən də həyata keçirilməsini çətinləşdirir.

Sentyabrın 26-da Tramp jurnalistlərə deyib ki, Qəzza ilə bağlı razılaşma əldə etməyə yaxınıq. Lakin razılaşmanın təfərrüatlarını açıqlamayıb. İki gün sonra isə Amerika lideri “Reuters” agentliyinə bildirib ki, sentyabrın 29-da Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı

Qəzza zolağında nizamlanmanın təfərrüatları barədə razılığa gələcəyini gözləyir.

Pərvanə Sultanova

 





29.09.2025    çap et  çap et