525.Az

2 uzunqulaqdan dünya rekordu


 

2 uzunqulaqdan dünya rekordu<b style="color:red"></b>

İngiltərədə 2 uzunqulaq Ginnesin rekordlar kitabına düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan biri boyuna, digəri isə qulaqlarının uzunluğuna görə dünyada birincidir.

Derrik və Bambu adlı uzunqulaqlar Hattoftda yerləşən "Redklif Donki" qoruğunun sakinləridir. Derrikin boyu 165 sm-dir. Bu göstərici ilə Derrik dünyada ən hündürboy uzunqulaq sayılır. Bambinin qulaqlarının uzunluğu isə 33 sm-dir.

Qeyd edək ki, hər iki uzunqulaq 9 ildir bəsləyən Bill Temblinin sözlərinə görə, 2 dünya rekordçusunun bir qoruqda bəslənməsi "Redklif Donki"yə marağı xeyli artırıb.

L.Tağıyeva

 





29.09.2025    çap et  çap et