ABŞ prezidenti Donald Trampın koordinasiya etdiyi toplantıda İsrailin Baş naziri Benyamin Netanyahu qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tanidən Qətərin suverenliyini pozduğuna görə üzr istəyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən verilən yazılı açıqlamada qeyd olunub. Bildirilib ki, Tramp Netanyahu və Əl Tani ilə üçtərəfli telefon danışığı aparıb. Danışıq Netanyahunu Oval kabinetdə qəbul edən ABŞ prezidentinin istəyi ilə baş tutub. Üçlü danışıq zamanı Tramp İsrail və Qətər arasındakı əlaqələrin müsbət şəkildə davam etməsini istədiyi bildirilib.
Görüşlə bağlı yayılan bəyanatda üç ölkə arasında yeni mexanizm yaradılmasına toxunulub: "İlk addım olaraq, Baş nazir Netanyahu İsrailin Qətərdəki HƏMAS hədəflərinə raket hücumu nəticəsində qətərli bir əsgərin ölməsinə görə dərin kədərini ifadə edib. Netanyahu həmçinin İsrailin Qətərin suverenliyini pozduğuna görə təəssüfləndiyini ifadə edib”.
Qeyd edilib ki, Qətərin Baş naziri Əl Tani bu açıqlamanı müsbət qarşılayıb və ölkəsinin regional təhlükəsizlik və sabitliyə töhfə verməyə davam edəcəyini deyib.
Liderlər Qəzzada böhrana son qoymaq üçün hazırda müzakirə olunan təklifi də müzakirə ediblər.
İbrahim Cəfərov
çap et