525.Az

Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəldi - III MDB Oyunları


 

Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəldi - <b style="color:red"> III MDB Oyunları</b>

Azərbaycanda keçirilən III MDB Oyunların davam edir. 

525.az xəbər verir ki, hazırda idmançılarımızın aktivində 5 qızıl, 17 gümüş, 16 bürünc medal var. Bu nəticə ilə Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəlib. 

Siyahıya aktivində 34 qızıl, 8 gümüş və 7 bürünc medal olan Rusiya başçılıq edir. Belarus isə 4 qızıl, 13 gümüş, 15 bürünclə üçüncü pillədə qərarlaşıb.

İndiyə qədər 7 ölkə təmsilçiləri medal qazanıblar.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

 





30.09.2025    çap et  çap et