“Bir neçə ildir ki, Azərbaycanda sitrus meyvələrinin istehsalı azalıb. İstehsal azalsa da tələbat çoxdur. Bu da olaraq qiymətin artmasına səbəb olur”.
Bunu 525.az-a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov söyləyib. O qeyd edib ki, kəndlilər qazanc əldə edə bilmədikləri üçün sözügedən meyvələrin becərilməsindən boyun qaçırırlar. Nəticədə də istehsal azalır:
“Bu problemi aradan qaldırmaq üçün kəndlilərə əkin sahəsi ilə bağlı bütün şərait yaradılmalıdır. Əkin sahələri vaxtında suvarma sistemləri təmin olunmalıdır. Gübrə və bağçılıq üçün gərəkli ləvazimat vaxtlı-vaxtında verilməlidir. Bağçılıq sahəsinə kapital yatırmaq lazımdır ki, gəlir əldə etmək mümkün olsun”.
Sevinc QARAYEVA
çap et