"Vaşinqtonda Ağ Evdə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını rəsmiləşdirən bəyannamə qəbul edilib. Prezident Tramp da şahid qismində bu bəyannaməni imzalayıb".
525.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasındakı çıxışında bildirib.
O, sülhün bərqərar olmasını tarixi hadisə adlandırıb və bunun təkcə Ermənistan hökumətinin və xalqının deyil, həm də Azərbaycan hökumətinin və xalqının nailiyyəti olduğunu qeyd edib.
"Sülh tətil və ya bayram deyil, sülh gündəlik işdir. Sülh, yeni doğulmuş körpə kimi, gündəlik qayğı tələb edir. Biz onu sevməli, qayğı göstərməliyik. Bu gün yeni doğulmuş sülhümüzün bir ay 22 günü tamam olur və biz onu sevməli, ona göstərməliyik ki, böyüsün, yetkinləşsin, güclənsin, Cənubi Qafqaz regionumuzun çiçəklənməsinə töhfə versin", - hökumət rəhbəri əlavə edib.
Pərvanə Sultanova
çap et