Yutub ABŞ prezidenti Donald Trampın iddiasını həll etmək üçün 24,5 milyon dollar təzminat ödəməyə razılaşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşmanı yutubun sahibi olan “Alphabet” şirkəti edib.
Belə ki, yanvar ayında “Meta” 25 milyon dollarlıq razılaşma əldə edib, bunun 22 milyonu Trampın prezidentlik kitabxanasına köçürülmüşdü.
Qeyd edək ki, Tramp sosial media şirkətlərini mühafizəkar səslərə senzura tətbiq etməkdə günahlandırmış, platformalar isə Trampın zorakılığa təhrik riski yaratdığını iddia etmişdi.
Məhəmməd Tağıyev
çap et