525.Az

ABŞ 120 İran vətəndaşını deportasiya edib


 

ABŞ 120 İran vətəndaşını deportasiya edib<b style="color:red"></b>

ABŞ 120 İran vətəndaşını deportasiya edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin parlament işləri üzrə baş direktoru Hüseyn Nouşabadi bildirib. O qeyd edib ki, həmin şəxslər bir-iki gün ərzində İrana qayıdacaqlar.

“İranlı və qeyri-iranlı mühacirlərin ABŞ-dan deportasiyası ilə bağlı müzakirələr son bir neçə ayda aktual mövzu olub. ABŞ hökumətinin yeni antiimmiqrant yanaşması fonunda ABŞ İmmiqrasiya Xidməti əksəriyyəti ABŞ-a qeyri-qanuni yollarla daxil olan təxminən 400 iranlını deportasiya etməyi planlaşdırır”, - deyə İran rəsmisi bildirib.

“The New York Times” isə deportasiyaların Vaşinqton və Tehran arasında razılaşma əsasında həyata keçirildiyini yazıb.

İsgəndər Həsənov

 





30.09.2025    çap et  çap et