525.Az

Konqonun keçmiş prezidenti ölüm cəzasına məhkum edilib


 

Konqonun keçmiş prezidenti ölüm cəzasına <b style="color:red"> məhkum edilib</b>

Konqo Demokratik Respublikasının (KDR) keçmiş prezidenti Cozef Kabila ölkənin Ali Hərbi Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə Kabilanı ölkənin şərqində fəaliyyət göstərən üsyançı qruplara dəstək verməkdə və dövlətə xəyanətdə təqsirli bilib.

Kabilanın qiyabi olaraq çıxarılan ölüm hökmündə deyilir ki, keçmiş lider Şimali və Cənubi Kivu əyalətlərində üsyançıların təlim düşərgələrində olub, hərbi görüşlər keçirib və silahlı qruplara rəhbərlik edib.

Məhkəmə Kabilanın əmlakının müsadirə edilməsi tələbini rədd edib.

Xatırladaq ki, Cozef Kabila 2001-ci ildə atası Laurent-Desire Kabilanın öldürülməsindən sonra 29 yaşında prezident olub.

Ardıcıl iki dəfə seçkilərdə qalib gələn Kabila, 2018-ci ilin dekabrında hakimiyyəti hazırkı prezident Feliks Tşisekediyə təhvil verib. O, 2023-cü ildə Cənubi Afrikaya qayıdıb.

İbrahim Cəfərov

 





01.10.2025    çap et  çap et