ABŞ-nin kosmik agentliyi NASA 2035-ci ilə qədər Ayda kənd qurmağı planlaşdırır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NASA-nın idarəçilərindən olan Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Aeronavtika Konqresində (IAC) çıxışı zamanı bildirib.
“Ayda davamlı insan həyatını təmin edəcəyik", - Daffi deyib.
NASA 2026-cı ilin fevralında dörd astronavtı daşıyan Artemida II missiyasını son 50 ildə ilk dəfə Aya göndərməyi planlaşdırır.
“Biz Aya qayıdırıq və bu dəfə bayrağımızı sancdıqda orada qalacağıq”, - Şon Daffi fikrini tamamlayıb.
İbrahim Cəfərov
çap et