525.Az

Bayıl qəsəbəsində qaz olmayacaq


 

Bayıl qəsəbəsində qaz olmayacaq<b style="color:red"></b>

Bu gün Bakının Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə 525.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Səbail rayonu ərazisində yerləşən "Gülüstan" qaz xəttində quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi işləri ilə əlaqədar, oktyabrın 1-də saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz xəttində qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.

 





01.10.2025    çap et  çap et