Dünən Ukraynanı Odessa şəhərində leysan yağışlar ciddi fəsadlara səbəb olub.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, şəhərin bir çox küçələrini su basıb, yaşayış evlərinə və infrastruktura xeyli ziyan dəyib.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə gün ərzində biri körpə olmaqla 9 nəfər həyatını itirib. Xilasedicilərin işində kəskin hava şəraitinin davam etməsi çətinliklər yaradır.
Qeyd edək ki, Odessa meri Gennadi Trixanovun bildirdiyinə görə, şəhərə yarım metr yağıntü düşüb. Bu isə ayyarımlıq norma deməkdir.
L.Tağıyeva
çap et