525.Az

3 km hündürlükdən yıxıldı - sağ qaldı


 

3 km hündürlükdən yıxıldı - <b style="color:red"> sağ qaldı</b>

Britaniyalı 24 yaşlı Mitçell Dikin 3 min metr hündürlükdən paraşütlə atlanarkən paraşütü açılmayıb və möcüzə nəticəsində sağ qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2 həftə əvvəl Dikinin ABŞ-nin Nevada ştatında məzuniyyətdə olduğu vaxt baş verib.

Əsas və ehtiyat paraşütün açılmaması üzündən 70 km/saat sürətlə yerə çırpılan turistin çanaq sümüyü, bir neçə qabırğası sınıb, böyrəyi zədələnib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan britaniyalının üzərində cərrahi əməliyyat aparılıb. Həkimlərin rəyinə əsasən ölüm təhlükəsi 2 gün əvvəl aradan qalxıb.

Mitçellə birgə atlanan 54 yaşlı instruktor Hiron Arkos Ponse də sağ qalıb. Amma onun vəziyyəti hələ də kritikdir.

Qeyd edək ki, Las-Veqas polisi insidentlə bağlı araşdırma aparır.

L.Tağıyeva

 





01.10.2025    çap et  çap et