525.Az

Nigeriyada qayıq aşıb - 20 nəfər ölüb


 

Nigeriyada qayıq aşıb - <b style="color:red"> 20 nəfər ölüb</b>

Nigeriyanın Kogi əyalətində sərnişinləri daşıyan qayıq aşıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əksəriyyəti qadın olmaqla 20 nəfər həlak olub, çoxlu sayda insan itkin düşüb.

Faciəyə qayığın xeyli yüklənməsinin səbəb olduğu bildirilib.

Səlahiyyətlilər bölgədə xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artacağı ehtimalının yüksək olduğunu bildiriblər.

Xatırladaq ki, son iki ayda Nigeriyanın şimalında qayıq qəzalarında 120-dən çox insan həlak olub. Hökumət qayıq qəzalarını azaltmaq üçün ölkə daxilində lisenziyasız qayıqların istismarını qadağan edib.

İsgəndər Həsənov

 





01.10.2025    çap et  çap et