525.Az

Cəbhə xəttində monitoriq keçiriləcək


 

Cəbhə xəttində monitoriq keçiriləcək<b style="color:red"></b>

ATƏT sabah cəbhə xəttində monitorinq keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 28-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle, əlaqələndirici Piter Ki və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeniy Şarov keçirəcəklər.

 





27.11.2012    çap et  çap et