525.Az

Rusiya-ABŞ danışıqlarının növbəti raundu   payızın sonunadək keçiriləcək 


 

Rusiya-ABŞ danışıqlarının növbəti raundu  <b style="color:red"> payızın sonunadək keçiriləcək </b>

“Rusiya-Amerika danışıqlarının üçüncü raundu payızın sonuna qədər baş tutacaq”.

525.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Danışıqlar payızın sonuna qədər mütləq keçiriləcək. Amma dəqiq tarix hələ yoxdur, bütün məsələlər müzakirə olunur”, - o bildirib.

Donald Trampın Ağ Evə qayıtmasından sonra Rusiya və ABŞ prezidentləri arasında bir sıra telefon danışıqları olub. Fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında son üç ildə ilk tammiqyaslı danışıqlar baş tutub. Onlar Ukraynada nizamlanma və Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpasına diqqət yetiriblər. Avqustun 15-də isə Alyaskada 2021-ci ildən bəri prezidentlər səviyyəsində ilk danışıqlar keçirilib.

Pərvanə Sultanova

 





01.10.2025    çap et  çap et