525.Az

Avropa İttifaqı Ukraynaya 4 milyard avro köçürüb


 

Avropa İttifaqı Ukraynaya <b style="color:red"> 4 milyard avro köçürüb</b>

Avropa Komissiyası Ukraynaya 4 milyard avro məbləğində makromaliyyə yardımının 9-cu tranşını köçürüb. 

525.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Müharibə başlayandan bəri Aİ-nin ümumi dəstəyi 178 milyard avroya yaxınlaşıb.

“Avropa Komissiyası Ukraynaya 4 milyard avro həcmində fövqəladə makromaliyyə yardımının doqquzuncu tranşını ayırıb və bu, Aİ-nin Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından bəri ən böyük donor kimi rolunu daha da gücləndirib”, - açıqlamada deyilir.

Bunun Komissiyanın 2025-ci ilin əvvəlindən bu yana Ukraynaya ümumi dəstəyi 14 milyard avroya çatıb.

Pərvanə Sultanova

 





01.10.2025    çap et  çap et