525.Az

“Qarabağ məsələsindən Ermənistanın inkişafına mane olmaq üçün istifadə ediblər” -   Paşinyan


 

“Qarabağ məsələsindən Ermənistanın inkişafına mane olmaq üçün istifadə ediblər” -  <b style="color:red"> Paşinyan </b>

“KTMT-nin Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini anlayanda, biz müstəqil olduq”.

525.az xəbər verir  ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib

“2022-ci ildə anlayanda ki, KTMT bizə münasibətdə öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik. Biz anladıq ki, guya sizin qurduğunuz təhlükəsizlik sistemi sadəcə bir köpükdür və sadəcə dövlətimizin inkişafına mane olmaq üçün istifadə edilən bir vasitədir”, - Paşinyan bildirib.

Onun fikrincə, nə qədər acı olsa da, bunu etiraf etmək lazımdır: Qarabağ məsələsindən bir sıra ölkələr Ermənistanın tərəqqisi və inkişafının qarşısını almaq üçün istifadə ediblər.

Pərvanə Sultanova

 





01.10.2025    çap et  çap et