525.Az

Əmtəə bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıb


 

Əmtəə bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıb<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 3,891.70 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,74% azalaraq 47.33 ABŞ dolları olub.

 

 

 





02.10.2025    çap et  çap et