525.Az

Nyu-Yorkda yaşayış binasında partlayış - bir hissəsi uçub


 

Nyu-Yorkda yaşayış binasında partlayış - <b style="color:red"> bir hissəsi uçub</b>

Dünən Bakı vaxtı ilə 16.13-də Nyu-Yorkun Bronks məhəlləsində, Aleksandr Avenyu küçəsində yaşayış evlərindən birində güclü partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qaz sızması üzündən yaranan partlayış nəticəsində 20 mərtəbəli binanın bir hissəsi tamamilə uçub.

Şəhər Yanğından Mühafizə Departamentindən verilən məlumata görə, qəzadan dərhal sonra binanın qaz təchizatı dayandırılıb, əraziyə xilasedicilər cəlb olunub, sakinlər təxliyə edilib.

Qeyd edək ki, xoş təsadüf nəticəsində sakinlər arasında xəsarət alan olmayıb.

L.Tağıyeva

 





02.10.2025    çap et  çap et