525.Az

Türkiyədə zəncirvari qəza - 15 maşın bir-birinə çırpıldı


 

Türkiyədə zəncirvari qəza - <b style="color:red"> 15 maşın bir-birinə çırpıldı</b>

Türkiyənin Malatya şəhərində səhər saatlarında qorxulu anlar yaşanıb.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, əyləcləri nasaz olan yük maşını yolun kənarında işıqforun qırmızı işığında dayanmış 15 avtomobilə çırpılıb. Ərazi qısa zamanda müharibə zonasına çevrilib.

Dərhal hadisə yerinə çoxlu sayda polis və tibb işçiləri göndərilib.

İlkin məlumata görə, qəzada 3 nəfər yaralanıb. Onlar təcili yardım maşını ilə Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Polis qrupları ərazinin təhlükəsizliyini təmin etmək üçün işlərini davam etdirir.

İbrahim Cəfərov

 





02.10.2025    çap et  çap et