Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) Ukraynanın Kiyev vilayətindəki Slavutiç Elektrik Stansiyasına hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Hücum nəticəsində elektrik stansiyasında enerji kəsilib və Çernobıl Atom Elektrik Stansiyasında fövqəladə vəziyyət elan edilib.
Ukraynanın Energetika Nazirliyi insidentlə bağlı bəyanat yayıb: “Çernobıl Atom Elektrik Stansiyasının dağıdılmış dördüncü enerji blokunu təcrid edən və radioaktiv materialın ətraf mühitə sızmasının qarşısını alan əsas obyekt olan yeni mühafizə çadırı gərginliyin dəyişməsi səbəbindən işıqsız qalıb”.
Ukrayna prezidenti Vladimir Zelenski də xoşagəlməz hadisə ilə bağlı çıxış edib. O bildirib ki, elektrik enerjisinin kəsilməsinin üç saatdan çox davam edib: "Bu, ətraf mühiti stansiyanın dördüncü enerji blokunun qalıqlarından və radioaktiv zibil və tozdan, xüsusən 1986-cı ildə baş verən partlayışdan sonra qoruyan yeni sığınacaqdır".
Ukraynada Rusiya hərbçilərinin nəzarəti altında olan Zaporejye Atom Elektrik Stansiyasının səkkiz gündür işıqsız qaldığını qeyd edən Zelenski, rusların hələ də problemin həlli üçün heç bir addım atmadığını vurğulayıb.
İsgəndər Həsənov
çap et