525.Az

İstanbul metrosunda yanğın - sərnişinlər təxliyə edilib


 

İstanbul metrosunda yanğın - <b style="color:red"> sərnişinlər təxliyə edilib</b>

İstanbulun Bağcılar səmtində Bakırköy-Kayaşehir metro xətti ilə hərəkət edən qatarda yanğın olub.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın dərhal söndürülüb, sərnişinlər isə təxliyə edilib. Həmçinin stansiya müvəqqəti bağlanıb.

Hələlik hadisənin səbəbi məlum deyil.

İbrahim Cəfərov

 

 





02.10.2025    çap et  çap et