525.Az

İngiltərədə sinaqoqa hücum - 4 yaralı, 1 ölü


 

İngiltərədə sinaqoqa hücum - <b style="color:red"> 4 yaralı, 1 ölü</b>

İngiltərənin Mançester şəhərində sinaqoqa bıçaqlı hücum olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər öldürülüb, dörd nəfər yaralanıb.

Hadisə yerinə gələn polis sinaqoq ətrafındakı hər iki yolu bağlayıb.

Mançester şəhərinin meri Endi Burnham BBC-yə açıqlamasında bildirib ki, təhlükə artıq geridə qalıb.

Sinaqoqa hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

İsgəndər Həsənov

 





02.10.2025    çap et  çap et