525.Az

240 milyon il əvvəl yaşamış dinozavrın qalıqları tapıldı


 

240 milyon il əvvəl yaşamış<b style="color:red"> dinozavrın qalıqları tapıldı</b>

İtaliyalı arxeoloqlar İsveçrənin Monte-San-Corco bölgəsində aparılan arxeoloji qazıntılar zamanı Lariozavrın (Lariosaurus valceresii) tam skeletini aşkarlayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər skeletin 240 milyon il əvvəl yaşamış dinozavra məxsus olduğunu bildirirlər.

Tapıntını daha maraqlı edən skeletin bəzi yerlərində dəri qatının qalmasıdır. Məhz bunun sayəsində alimlər müəyyən ediblər ki, Lariozavrın ayaq barmaqlarının arasında pərdə olub. Bu isə dinozavrların quyruğu ilə deyil, həm də ayaqları vasitəsilə üzmələrinə sübutdur.

Qeyd edək ki, buna kimi dinozavrların məhz quyruqları vasitəsilə suda hərəkət etdikləri iddia olunurdu.

L.Tağıyeva

 





02.10.2025    çap et  çap et