525.Az

Gün ərzində 13 dəfə ürəyi dayandı


 

Gün ərzində 13 dəfə <b style="color:red"> ürəyi dayandı</b>

Moskva vilayətində həkimlər miokard infarktı, bunun ardınca 13 dəfə klinik ölüm keçirmiş kişini xilas edə biliblər.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı Vidnıy sakininin ürəyi birinci dəfə təcili tibbi yardım avtomobilində dayanıb. Lakin həkimlərin sayəsində ürək ritmini bərpa etmək mümkün olub. Domodedovo xəstəxanalarının birində, əməliyyat masasında isə kişinin ürəyi daha 12 dəfə dayanıb. Bu isə xəstənin ölüm riskini artırmaqla yanaşı, həkimlərin işini də xeyli çətinləşdirib.

Hər halda ağxalatlılar işlərini uğurla başa çatdıraraq xəstəni ölümün pəncəsindən qurtara biliblər.

Qeyd edək ki, hazırda reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti stabilləşir, onu uzun müddətli reabilitasiya kursu gözləyir.

L.Tağıyeva

 





02.10.2025    çap et  çap et