525.Az

Həyat yoldaşını öldürüb 1 il soyuducuda saxladı


 

Həyat yoldaşını öldürüb 1 il soyuducuda<b style="color:red"> saxladı</b>

Cənubi Koreyada 40 yaşlı kişi qeyri-rəsmi nikahda yaşadığı qadını öldürərək 1 il soyuducuda saxlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən il oktyabrın 20-də Çolla-Pukto əyalətinin  Kunsan şəhərində baş verib.

Adı açıqlanmayan şəhər sakini maliyyə məsələsi ilə bağlı aralarında yaranan narazılıq üzündən həyat yoldaşını öldürüb və cəsədi bükərək soyuducuda saxlayıb. Bu müddətdə qadının yaxınları ilə onun telefonu vasitəsilə yazışaraq iz itirib. Bəzi qohumlara isə yoldaşının əvəzinə yaşadığı digər qadın səs atıb.

Cinayətin üstü  3 gün əvvəl təsadüfən açılıb. İkinci həyat yoldaşı nəyinsə düz olmadığından şübhələnərək bu barədə bacısına bildirib. O isə öz növbəsində polisə məlumat verib.

Cani artıq həbs edilib və məhkəmə qarşısına çıxarılıb. Ondan bu əməli nəyə görə törətdiyi soruşulanda yeganə sözü "təəssüflənirəm" olub.

Qeyd edək ki, məhkəmə davam edir. Canini uzun müddətli həbs cəzası gözləyir.

L.Tağıyeva

 





02.10.2025    çap et  çap et