525.Az

İtaliya həmkarlar ittifaqları oktyabrın 3-də ümumi tətil keçirəcək


 

İtaliya həmkarlar ittifaqları oktyabrın 3-də ümumi tətil keçirəcək<b style="color:red"></b>

İtaliyada həmkarlar ittifaqları İsrailin Qlobal Sumud Donanmasına hücumuna etiraz olaraq, oktyabrın 3-də ümumi tətil keçirməyə qərar verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Qlobal Sumud Flotillasına hücumu və gəmidəki fəalları saxlaması İtaliyada reaksiyalara səbəb olub.

Ölkənin ən böyük həmkarlar ittifaqı olan Ümumi İtaliya Əmək Konfederasiyası (CGIL) tərəfindən verilən açıqlamada Qlobal Sumud Donanması, Qəzza və konstitusiya dəyərlərini müdafiə etmək üçün oktyabrın 3-də bir günlük ümumi tətil keçiriləcəyi bildirilib.

Qeyd edək ki, metal işçiləri həmkarlar ittifaqı FIOM və USB həmkarlar ittifaqı da CGIL-in ümumi tətil qərarını dəstəklədiklərini açıqlayıb.

Məhəmməd Tağıyev

 





02.10.2025    çap et  çap et