525.Az

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 72-ə çatıb


 

Filippində zəlzələ nəticəsində ölənlərin sayı<b style="color:red"> 72-ə çatıb</b>

Sentyabrın 30-da Filippinin Palompon bölgəsinin qərb sahillərində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Palompon bölgəsinin qərbində və Sebu əyalətinin sahillərində baş verən zəlzələdən sonra ölənlərin sayı 72-yə çatıb.

Bu barədə Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası (NDRRMC) məlumat yayıb. Bundan əlavə, zəlzələdən 47 min 221 nəfərin zərər çəkdiyi, ən çox ölüm halının isə Mərkəzi Visayas bölgəsində olduğu qeyd edilib.

Məhəmməd Tağıyev

 





02.10.2025    çap et  çap et