525.Az

Paşinyan Aİ rəhbərliyi ilə Vaşinqton sammitinin nəticələrini müzakirə edib


 

Paşinyan Aİ rəhbərliyi ilə Vaşinqton sammitinin nəticələrini müzakirə edib<b style="color:red"></b>

Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci sammiti çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb.

525.az xəbər verir ki, tərəflər regional inkişafları, Vaşinqton sülh sammitinin nəticələrini və TRIPP layihəsinin həyata keçirilməsini müzakirə ediblər. 

Görüşdə Ermənistan-Aİ tərəfdaşlığı gündəliyi, bu ölkədə demokratik islahatlar prosesi, iqtisadi əməkdaşlığın inkişaf perspektivləri də diqqətdə olub.

Ursula fon der Leyen “X” hesabında yazıb ki, 2026-cı ilin birinci yarısında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti ilə bağlı da müzakirələr aparılıb. 

Pərvanə Sultanova

 





02.10.2025    çap et  çap et