525.Az

Putinin Hindistana səfər tarixi açıqlanıb 


 

Putinin Hindistana səfər tarixi açıqlanıb <b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin bu ilin sonuna qədər Hindistana səfər edəcək.

525.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, artıq səfərə hazırlıq gedir.

"Səfər Yeni ildən əvvəl baş tutacaq, aktiv hazırlıqlar aparılır”, - Peskov deyib. 

Onun sözlərinə görə, Rusiya və Hindistan nümayəndə heyətləri arasında danışıqlar substantiv olacaq. Kremlin sözçüsü, həmçinin Moskva ilə Yeni Dehli arasındakı münasibətləri dostluq və strateji baxımdan vacib adlandırıb.

Hindistan mediası səfərin dekabrın 5-6-da baş tutacağını yazıb.

Pərvanə Sultanova

 





02.10.2025    çap et  çap et