525.Az

Biləcəriyə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq


 

Biləcəriyə elektrik enerjisinin verilişində <b style="color:red">məhdudiyyət olacaq</b>

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 3 oktyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir-təftiş işləri aparılacaq.

525.az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar saat 10:00-dan saat 16:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 





03.10.2025    çap et  çap et