525.Az

"Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 faizə çatacaq" - Nazir


 

"Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 faizə çatacaq" - <b style="color:red">Nazir</b>

Bu il Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 70 %-ə çatacaq.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Xatırladaq ki, ötən il Azərbaycanda 126 milyard 337 milyon manatlıq ÜDM istehsal olunub. Bunun 67,85 %-i və yaxud 85 milyard 712,4 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb,

M.Cabbarovun fikrincə, Azərbaycanda istehsal olunan məhsul və xidmətlərın rəqabət qabiliyyəti getdikcə artacaq.

"İqtisadiyyatın əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektorudur. 2021–2024-cü illərdə bu sahə orta hesabla 6,7 % artım nümayiş etdirib. Bu, yaxşı göstəricidir, lakin biz həmişə daha yüksək templərin axtarışındayıq", - deyə nazir əlavə edib.

 





03.10.2025    çap et  çap et