525.Az

Türkiyədə fabrikdə zəhərlənmə - 4 nəfər xəstəxanalıq oldu


 

Türkiyədə fabrikdə zəhərlənmə - <b style="color:red"> 4 nəfər xəstəxanalıq oldu</b>

Türkiyənin Burdur Şəkər fabrikində işçilər dəm qazından zəhərlənib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, bu gün səhər saat 6:00 radələrində əhəngdaşı karxanasının altı işçisi başgicəllənmə və ürək bulanmasından şikayətlənib.

Hadisə yerinə dərhal tibbi yardım və polis qrupları cəlb olunub. İşçilərdən dördü dəm qazından zəhərlənmə şübhəsi ilə Burdur Dövlət Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, oktyabrın 1-də də Burdur Şəkər fabrikində 7 nəfər dəm qazından zəhərlənmişdi.

İbrahim Cəfərov

 





03.10.2025    çap et  çap et