Türkiyənin Qaziantep şəhərində zəncirvari yol qəzası baş verib.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, qəza iki avtobus, bir ticarət maşını və bir minik avtomobilinin iştirakı ilə baş verib. Qəzada 7 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və polis əməkdaşları göndərilib.
Xəsarət alan 7 nəfərə tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərilib. Onlar daha sonra müalicə olunmaq üçün müxtəlif xəstəxanalara aparılıblar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov
çap et