525.Az

Münhen hava limanında dron həyəcanı - uçuşlar ləğv edildi


 

Münhen hava limanında dron həyəcanı - <b style="color:red"> uçuşlar ləğv edildi</b>

Danimarka və Norveçin ardınca Almaniyanın ən böyük hava limanlarından biri olan Münhen aeroportunda da pilotsuz təyyarə həyəcanı yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən yerli vaxtla 21:30-da hava limanı üzərində dronlar görünüb. Bu səbəbdən də 22:30-dan başlayaraq Münhen hava limanında bütün uçuşlar dayandırılıb.

15 reys Ştutqart, Nürnberq, Vyana və Frankfurt hava limanlarına yönləndirilib. Münhen hava limanından nəzərdə tutulan 17 reys də ləğv edilib və təxminən 3000 sərnişin hava limanında qapalı qalıb. Sərnişinlər gecəni hava limanında keçiriblər.

Dron təhlükəsinin səbəbkarı müəyyənləşməsə də, polis helikopterləri hava limanının ətrafına yerləşdirilib.

İbrahim Cəfərov

 





03.10.2025    çap et  çap et