525.Az

İsfahanda 5.3 bal gücündə zəlzələ olub


 

İsfahanda 5.3 bal gücündə <b style="color:red"> zəlzələ olub</b>

İranın İsfahan şəhəri yaxınlığındakı Zavara bölgəsində 5.3 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, bu barədə İranın Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Episentri İsfahanın şimal-şərqindəki Zevare bölgəsi olan yeraltı təkanlar yerli vaxtla saat 00:05-də qeydə alınıb.

Tehran və Qum şəhərlərində də hiss edilən zəlzələ 10 kilometr dərinlikdə baş veribb.

Dağıntılar barədə məlumat verilməyib.

Məhəmməd Tağıyev

 





03.10.2025    çap et  çap et